Halil Sezai canlı yayımda evlilik təklifi etdi - Video
Türkiyədə milyonlarla izləyicisi olan “Bəyaz Şou”nun son bölümündə maraqlı anlar yaşanıb.
Axşam.az xəbər verir ki, studiyanın eyvanında gizlicə əyləşən tanınmış müğənni Halil Sezai verilişin gedişində tamaşaçıların qarşısına çıxıb.
“Paramparça” mahnısını ifa edən sənətçi canlı yayımda evlənmə təklifi edib. O, sevgilisi Kubra Doğan haqqında təsirli sözlər deyərək pərəstişkarlarının alqışını qazanıb:
“Dünən gecə qapısında saatlarla gözlədiyim qadın Tanrının möcüzələrindən biridir. Onunla yaşlanmaq istəyirəm. İnşallah, bir-birimizə məlhəm olmağa davam edərik”.