Rejissor Kənan M.M.-lə müğənni Aygün Mahmudovanın oğlu Hüseynə serialda çəkilmək təklif olunub. Axşam.az-ın məlumatına görə, cütlüyün oğlu “Xəzər” televiziyasında yayımlanan “AiləCanlı” serialında rol alacaq. Aygün sevincini belə bölüşüb:
“Balama “Xəzər” televiziyasının “AiləCanlı” komediya serialından təklif gəldi. Bu gün ilk çəkilişidir. Xeyirli-uğurlu olsun. Allah bütün balaları qorusun”.
Qeyd edək ki, serialda xalq artisti Ramiz Novruz, aktyor Müşviq Şahverdiyev, aparıcı Zümrüd Bədəlova da çəkilir.
Xatırladaq ki, Hüseyn Kənan M.M.-in çəkdiyi “Gecə qonağı 2” filmində də rol alıb.