Müğənni-bəstəkar Emin Ağalarov Rusiyanın MUZ TV kanalının 21-ci ad günü mərasiminə qatılıb.
Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, mərasim “Veqas” ticarət mərkəzində keçirilib. Kanalın ad günü mərasimində baş direktor Arman Dövlətyarovu təbrik etməyə gələnlər arasında “Fabrika” qrupunun üzvləri, jasmin, Nikolay Baturin, Yelena Temnikova və başqaları olub.