Məşhur türkiyəli aktyor Yıldıray Şahinler Bakıya gəlib.
Axşam.az-ın məlumatına görə, “İçerde” serialındakı Alyanaq obrazı ilə məşhurlaşan aktyor özü ilə xanımı Gizem Şahinleri də gətirib. Cütlük Bakı gəzintisindən fotoları sosial şəbəkədə paylaşıb.
Şahinler şəkillərə “Bakı çox gözəl, gülərüz şəhərdir... Bir şəhərin küçələrində, meydanlarında ağac olarsa, uşaqları şən, insanları xoşbəxt olar. Sağ ol, yaxşı Bakı” şərhini yazıb.
Şahinlər cütlüyünün Bakı səfərinin məqsədi Məlahət Abbasovanın “Məlahətli söhbətlər” proqramı olub. Aktyor verilişin növbəti buraxılışında qonaq qismində çəkilib.