Mehriban Əliyeva Fəxri xiyabanda - fotolar

Mehriban Əliyeva Fəxri xiyabanda -  fotolar
2682 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva İkinci Fəxri xiyabana gələrək görkəmli şərqşünas alim Aida İmanquliyevanın doğum günü münasibətilə məzarını ziyarət edib, xatirəsini ehtiramla anıb.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, Mehriban Əliyeva Azərbaycanda şərqşünaslıq elminin inkişafında misilsiz xidmətləri olan alimin məzarı önünə gül dəstələri düzüb.

Sonra birinci vitse-prezident Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə güllər qoyub.

Daha sonra Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə güllər düzüb.