Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilən və rənglənən «Arşın mal alan» filmi yeni ekran həyatını yaşayır.
Heydər Əliyev Mərkəzinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, dekabrın 10-da Heydər Əliyev Mərkəzində bərpa edilən və rənglənən «Arşın mal alan» filminin premyerası keçiriləcək. Bununla əlaqədar premyera mərasiminin videçarxı yayımlanıb.
Qeyd edək ki, “Arşın mal alan” filmi 1945-ci ildə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin eyni adlı operettası əsasında çəkilib. Təkcə 1945-ci ildə ekrana çıxdıqdan sonra filmi 16,27 milyon tamaşaçı izləyib. “Arşın mal alan” indiyə qədər 136 ölkədə nümayiş etdirilib və 86 dilə tərcümə olunub.