İfaçı-bəstəkar Emin Ağalarov ABŞ-ın “FOX5 TV” kanalında qonaq olub.
Axşam.az-ın məlumatına görə, “Good Day New York” adlanan verilişdə müğənni canlı çıxış edib.
Möhtəşəm performans nümayiş etdirən Emin Ağalarov ABŞ-da Azərbaycanlı ifaçı kimi təqdim edilib və veriliş zamanı ölkəmizin xəritəsi nümayiş olunub.
O, “After the thunder” mahnısını ifa edərkən böyük alqışlarla qarşılanıb. Şou bitdikdən sonra aparıcılar təəccüb içində olub. Onlar Emin Ağalarovun ifasını çox bəyəndiklərini və bu tanışlıqdan böyük məmnunluq duyduqlarını söyləyiblər.
Çinarə