Nadir Zeynəb Xanlarovanın mahnısını oxudu - Audio

Nadir Zeynəb Xanlarovanın mahnısını oxudu - Audio
2673 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənnisi Nadir Qafarzadənin ifa etdiyi “Ağlama sevda” adlı mahnısını işıq üzü görüb.

Bu barədə Axşam.az saytına sənətçi özü məlumat verib. O, bildirib ki, sözləri Valid Qardaşova, musiqisi Rauf Məmmədova məxsus olan mahnının ilk ifaçısı xalq artisti Zeynəb Xanlarova olub:

“Bir çoxları zənn edir ki, “Ağlama sevda” mahnısını Türkiyəli bəstəkarlar ərsəyə gətirib. Amma yanılırlar. Çünki, bu Azərbaycan mahnısıdır. Həmin mahnını əvəzolunmaz sənətkarımız, bu gün hər bir ifaçıya nümunə olacaq Zeynəb Xanlarova səsləndirib. Mən də ondan bəhrələnmişəm. Düşünürəm ki, bunu oxumaqla doğru seçim etmişəm. Hər zaman Azərbaycanın əvəzolunmaz sənətkarlarının repertuarlarına sevə-sevə üz tuturam. Belə gözəl musiqimizin itib-batmasını istəmədim. "Ağlama sevda"ma yeni nəfəs qatmışam”.