Mübariz Mənsimovdan milyonluq layihə

Mübariz Mənsimovdan milyonluq layihə
1427 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov Cipriani ailəsinə məxsus, alınması çox çətin olan “Rose Bar” adlı gecə klubunun bir bölməsini İstanbulda açır.

Axşam.az-ın Türkiyənin “Milliyyət” qəzetinə istinadən yaydığı xəbərə görə, Cipriani ailəsi üç nəsildir öz nüfuzunu qoruyub, saxlayır. Bu böyük nəslə aid olan hər hansı bir layihəni almaq 78 ildir hər adama qismət olmayıb. Mübariz Mənsimovun bunu bacarması isə türk iş adamlarını şoka salıb.
 
“Rose Bar” açıldığı gündən dünya ulduzlarının ən sevimli məkanına çevrilib. Dünyanın bir çox yerində şəbəkələri fəaliyyət göstərən klubda hətta 10 min dollarlıq yemək, 50 min dollarlıq şampan da var.
 
Mübariz Mənsimovun bu gecə klubunu Türkiyəyə gətirməsi üçün milyonlar xərclədiyi bildirilib.