106 FM radiosu 2 fevral gənclər gününü təmtəraqlı şəkildə qeyd edib.
Axşam.az-ın məlumatına görə, həmin gün radionun yeni layihələri, reklam çarxı və loqosu təqdim edilib.
Tanınmış simaların da qatıldığı mərasimdə müğənni Eddy Vatanın yeni hiti qonaqların ixtiyarına verilib.
Qeyd edək ki, Eddi Vata mahnısının ilk dəfə özəl olaraq 106 FM radiosunda səsləndirilməsini istəyib.
Tədbirdən hazırlanmış fotoreportajı təqdim edirik.
Foto: Bəhruz ƏLİZADƏ
