Rəqsanə nənə olacaq

Rəqsanə nənə olacaq
6215 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Rəqsanənin bu yaxınlarda nənə olacağı haqda xəbər yayılıb.

Axşam.az-ın məlumatına görə, Rəqsanə “ATV Maqazin” verilişinə açıqlamasında bu məlumatı təsdiqləyib:

“Nişanlımın iki böyük qızı var, onlardan biri bu yaxınlarda ana olacaq. Özümü onlardan yad hiss etmədiyim üçün yeni doğulacaq körpəni nəvəm kimi qəbul edirəm”.

Müğənni nişanlısı ilə toyunun gecikmə səbəblərini də açıqlayıb:

“May ayında böyük solo konsert verəcəyəm. Hazırda bununla məşğulam. Toy solo konsertdən sonra baş tutacaq. İnsanlar nişanlımı nə üçün gizlətdiyimlə maraqlanırlar. O, işadamıdır, gündəmə gəlmək, adının şou aləmində hallanmasını istəmir. Buna görə də onu media əhli heç vaxt görüntüləyə bilməyəcək”.