Aktyor Brus Villis xanımı Emma Heminqlə yeni evə köçüblər.
Axşam.az xarici KİV-ə istinadən məlumatına görə, cütlüyün Nyu-Yorkdan Manhattana köçdüyü evin qiyməti 3,9 milyon dollar dəyərindədir.
Malikanə binanın 37-ci mərtəbəsində yerləşir və möhtəşəm mənzərəsi ilə seçilir.
Açıq tonlarla dizayn edilmiş mülk sadə, lakin müasir zövqlə bəzədilib.