Leyla Uluxanlı Moskvada məşhur evin dizaynını hazırladı - fotolar

Leyla Uluxanlı Moskvada məşhur evin dizaynını hazırladı - fotolar
4368 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanlı dizayner-memar Leyla Uluxanlı Moskvada məşhur binalardan birinin interyer dizaynını hazırlayıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, müxtəlif illərdə tanınmış rəssamların, memarların, yazıçı və musiqiçilərin yaşayıb-çalışdığı evin yeni layihəsini hazırlayan L.Uuxanlı not formasında dizayn etdiyi işin heç də asan başa gəlmədiyini deyib: “Burada Mayakovski, Pasternak kimi məşhurlar olub. Ev tarixidir, bu isə bizi həm çəkindirir, həm də bu işə həvəsləndirirdi”.

Qeyd edək ki, moskvalılar bu evi tacir İvan Korovinin müvəqqəti evi kimi tanıyırlar. Ev modern memarlıq üçün öz qeyri-adiliyi ilə seçilir. Leyla Uluxanlı bildirib ki, XX əsrin əvvəllərində İvan Kondratenko tərəfindən layihələndirən evin Paris eyvanlarını xatırladan ikitərəfli açıq balkonları fransız pəncərələri ilə tamamlanıb:

“Nəticədə otaqlara təbii işıq yayılır. Bu isə Moskva üçün çox nadir dizaynlardan biridir”.

1940-cı illərin çilçıraqları İngiltərədən, 1950-ci illərin stolüstü lampaları isə Fransadan gətirilib.