Los-Ancelesddə 31-ci dəfə "Kids' Choice Awards" ("Uşaqların seçdiyi mükafatlar") mərasimi keçirilib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, mərasimdə şou-biznesin, film dünyasının ulduzları iştirak ediblər. Qeyri-adiliyi ilə fərqlənən gecənin aparıcısı aktyor Coş Sina olub.
Qonaqlar arasında Hayli Klum, Meraya Keri, Melani Braun, Çenninq Tatyum, Milli Bobbi, Ceyden Smit və başqaları iştirak edib.
Sevimli film: "Cumanci" (2014)
Sevimli aktyor: Dueyn Conson
Sevimli aktrisa: Zendaya
Sevimli animasiya filmi: "Koko"
Sevimli cizgi filmi: "Süngər Bob"
Sevimli musiqi qrupu: "Fifth Harmony"
Sevimli müğənnilər: Demi Lovato, Şon Mendes
İlin mahnısı: "Shape Of You" - Ed Şiran