Acun Şeymaya kafe açır - 60 min ödədi

Acun Şeymaya kafe açır - 60 min ödədi
1332 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı-prodüser Acun İlıcalının həyat yoldaşı Şeyma Subaşı Bebekdə kafe açmağa hazırlaşır.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük məkan yoxlamasından çıxarkən paparassilərin hədəfində olub. Kafedə təbii qidalardan hazırlanmış sağlam yeməklər təqdim ediləcəyini deyən Şeyma yeməkləri anasının bişirəcəyini deyib: “İnsanlara sağlam qidalar təqdim etmək istəyirəm. Mən bişirməyəcəyəm, ancaq anam yaxşı hazırlayır. Gözəl və sevimli məkan olacaq”.

Acun kafenin bir illik icarə haqqını – aya 60 min lirəni (təxminən 30 min manat) də ödəyib. Məkan 2 ay sonra açılacaq.