Viktoriyanın libasını 90-cı illərin çantasına bənzətdilər - fotolar
Dünya
09:19 / 30.03.18
1261dəfə oxunub
A-
A
A+
43 yaşlı britaniyalı dizayner Viktoriya Bekhem Parisdə paparassilərin hədəfində olub.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, zəngin qarderobu ilə məşhur olan dizayner bu dəfə payız kolleksiyasına daxil olan libas seçimi edib. Ağ, üzərində qırmızı, açıq-çəhrayı zolaqları olan köynək və ətək geyinən Bekhemin budəfəki seçimi bəyənilməyib.
Belə ki, Viktoriyanın paltarını “90-cı illərin iri dama-dama çantası”na bənzədiblər. Bekhem bu libasını zoğalı rəng çəkmələr, eyni tonda çanta və qara eynəklə tamamlayıb.