Futbolçu Arda Turan Nihan Burukun dəfiləsi zamanı görüntülənib.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu yaxınlarda həyat yoldaşı Aslıhan Doğana sual ünvanlayan jurnalistə “Sənin ağız-burnunu qıraram” deyən futbolçu sözlərinə aydınlıq gətirib. O, xanımının danışmamaq hüququnun olduğunu deyib:
“Bizim bu hüququmuza hörmət etməlisiniz. Mənim arvadım qul deyil. Siz də “Ona danışmağı qadağan etmisiniz” deyə soruşursunuz”.