16 yaşlı Simona Teylor 4 ildir ki, dırnağını tutmur.
Axşam.az-ın xarici mediaya istinadən məlumatına görə, Almaniyada yaşayan qızın dırnaqlarının uzunluğu 15 santimetrdir. Simonanın dediyinə görə, o, dırnaqlarını boyamaq üçün 3 saat vaxt sərf edir. Teylor bildirib ki, dırnaqlarının uzunluğu ona bəzi işləri görməyə mane olur:
“Adımı yazmaqda çətinlik çəkirəm. Dırnaqlarım həddindən çox uzun olduğu üçün qələm tuta bilmirəm”.
Simona dırnaqları üçün xüsusi yağlardan və maskalardan istifadə etdiyini deyib.