Braziliya milli yığmasının və İspaniyanın “Barselona” klubunun hücumçusu Neymar model sevgilisi Bruna Markezinlə görüntülənib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ilə 57 milyon avro gəlirlə ən çox qazanan futbolçu adını alan Neymar Bruna ilə teatrlardan birində kameralara tuş gəliblər.
Tez-tez küsüb-barışan cütlük du dəfə bir-birinə möhkəm sarılıb və öpüşüb.
Ötən ilin avqustunda ayrılan və bir-birilərinin fotolarını rəsmi səhifələrindən silən cütlüyün xoşbəxt olduğu diqqətdən yayınmayıb.
Qeyd edək ki, 26 yaşlı Neymarla 25 yaşlı Brunanın ayrılmasına səbəb futbolçunun 5 illik sevgilisinə evlilik təklifi etməsi olmuşdu.