Aktyor-rejissor Özcan Dəniz özündən 20 yaş kiçik həyat yoldaşı Feyza Dənizlə restorandan çıxarkən kameralara tuş gəlib.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor bir ay sonra ata olacağını və çox həyəcanlandığını deyib:
“Doğuşa az zaman qalıb. İkimiz də həyəcanlıyıq”.
8 aylıq hamilə olan Feyza isə danışmaq istəməyərək gülümsəməklə kifayətlənib.
Qeyd edək ki, cütlüyün oğlu dünyaya gələcək. Körpəyə “Kuzey” adı veriləcək.