Müğənni Şəbnəm Tovuzlu Bilgəhdə yerləşən qocalar evində konsert verib.
Axşam.az-ın məlumatına görə, orada qalan yaşlı insanları ziyarət edən sənətçi onlar üçün süfrə açıb.
Şəbnəmlə birlikdə səhnəni əməkdar artistlər Baloğlan Əşrəfov, Yusif Mustafayev, müğənni Nigar Şabanova da bölüşüb. Tədbirin aparıcılığını Aytəkin Mərdanova edib.