Hamiləlik xəbərindən sonra ilk dəfə görüntüləndi - fotolar
Dünya
20:27 / 11.04.18
1765dəfə oxunub
A-
A
A+
Aktrisa Keyt Hadson hamiləlik xəbərindən sonra ilk dəfə görüntülənib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı aktrisa mağazalardan birinin açılışında iştirak edib.
Keyt tədbirə qara krujuvalı libasda qatılıb. 3-cü dəfə ana olmağa hazırlaşan Hadson xoşbəxt görünüb.
Qeyd edək ki, Keyt musiqiçi sevgilisi Denni Fudzikavadan uşaq gözləyir. Bundan başqa, aktrisanın 14 yaşlı Rayder adlı oğlu pop ifaçısı Kris Robinsondan, 6 yaşlı Binqem adlı oğlu musiqiçi Bellamdandır. Hadson Denni ilə ötən ilin yazından görüşür. Bu ilin yanvarında isə cütlük nişanlanıb və toya hazırlaşdığını bildirib.