Əbdül Xaliq “Qismət”ini təqdim etdi

Əbdül Xaliq “Qismət”ini təqdim etdi
2119 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Əbdül Xaliq bu gün yeni klipini təqdim edib.

Axşam.az-ın məlumatına görə, “Qismət” adlanan klipin musiqisi Bəbir Bəbirova, sözləri Vüsal Zəfəroğluna aiddir.

Müğənni klipin rejissor Ramin Ələsgərov tərəfindən ona hədiyyə olunduğunu bildirib:

“Yalnız texniki xərclər üçün müəyyən qədər məsrəf etmişəm. Fəaliyyətimdə durğunluğun yaranması maddi problemlərlə bağlı idi. Bu ildən etibarən yeni-yeni ifalarla tamaşaçıların qarşısına gələcəyəm”.

Yeni klipin təqdimat mərasimində müğənninin sənət dostları Tünzalə Ağayeva, Emil Bədəlov, Yaşar Cəlilov da iştirak edərək təbriklərini çatdırıb.

Nigar MƏHƏRRƏM