Aktrisa Mila Kunis və aktyor həyat yoldaşı Eşton Katçer beysbol matçını izləyiblər.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük tribunada olarkən paparazzilərin kamerasına tuş gəlib.
Mila və Eştonun sərbəst olması və xoşbəxt görünməsi ətrafdakıların da diqqətini çəkib.
Qeyd edək ki, 7 ildir birlikdə olan cütlüyün 4 yaşlı Uayett adlı qızı və 2 yaşlı Dmitri adlı oğlu var.