Burakla Kərəmə şok: filmin nümayişinə icazə verilmədi - Fotolar

Burakla Kərəmə şok: filmin nümayişinə icazə verilmədi - Fotolar
2699 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Burak Özçivitlə Kərəm Bürsinin baş rolda çəkildiyi “Can Feda” filmi Almaniyada qadağan edilib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, türk əsgərinin uğurundan bəhs edən filmdə şiddət, zorakılıq səhnələri olduğu üçün “18+” limiti qoyulub. Premyeraya bilet alan tamaşaçıların çoxu 18 yaşdan az olduğu üçün kinoteatrlara buraxılmayıblar. Burakla Kərəm də premyeraya qatılmadan Türkiyəyə qayıtmalı olublar. Özçivit fanatları ilə şəkillər çəkdirərək onlara təşəkkürünü bildirib.

Qeyd edək ki, Almaniyanın belə bir qərarı verməsi Türkiyədə etirazla qarşılanıb. Filmin nümayişinin qadağan olunmasını şiddət səhnələri ilə yox, türkçülüklə və türklərin qələbəsini həzm edə bilməməklə əlaqələndiriblər.