Türkiyəli müğənni-aktyor Emrah həyat yoldaşı Sibel və uşaqları ilə restorandan çıxarkən görüntülənib.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, paparassiləri görən sənətçinin kefi pozulub. Uşaqlarının üzünün görünməsini istəməyən Emrah oğlunu, Sibel isə qızını bərk-bərk qucağına basıb.
Müğənninin meneceri də jurnalistlərə xəbərdarlıq edərək şəkil çəkməməyi tapşırıb. Emrah restoranın işçilərindən kömək istəyərək avtomobilinin məkanın düz qapısına yaxınlaşdırılmasını xahiş edib.