Türkiyənin məşhur müğənnisi, 71 yaşlı Füsun Önal Bodrumda dəniz mövsümünü açıb.
Axşam.az Türkiyə mediasına istiandən xəbər verir ki, tətil fotolarını sosial şəbəkədə paylaşan müğənni çoxlarının qısqanclığına səbəb olub. Bikini geyinməkdən çəkinməyən Önal fotolara “Dəniz buz kimidir. İnsanın bədəninə, elə bil, iynə batır” sözlərini yazıb.
Qeyd edək ki, 1947-cü ildə Kadıköydə anadan olan Füsun 1980-ci illərdə Türkiyədə solo konsert verən ilk müğənnilərdəndir.