Gəncədə "Zəriflik" Beynəlxalq Musiqi Festivalı keçirilir

Gəncədə "Zəriflik" Beynəlxalq Musiqi Festivalı keçirilir
280 dəfə oxunub
  • A-
  • A
  • A+
Gəncədə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan “Zəriflik” Beynəlxalq Musiqi Festivalı keçirilir.

Axşam.az-ın APA-ya istinadən məlumatına görə , Mədəniyyət nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında festival çərçivəsində ilk konsert keçirilib. Festivalın bədii rəhbəri, SSR xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli çıxış edərək “Zəriflik” festivalının Gəncədə keçirilməsinin şəhərin içtimai həyatında böyük mədəni tədbir olduğunu deyib. Musiqini çox sevən Zərifə Əliyevanın xatirəsinə həsr olunan festivalın Gəncədə hər il keçiriləcəyini bildirib.

Daha sonra konsert olub. Konsertdə Murad Adıgözəlov (piano), Fəridə Rüstəmova (violin), İlahə Sadıqzadə (piano), Fəridə Məmmədova (soprano), Şükür Səmədov (klarnet), Fərhad Bədəlbəyli (piano), Olqa Naqornaya (soprano, Ukrayna), Dmitri Yablonski (çello, ABŞ), İqor Korostılyov (bas, Rusiya), Aleksandr Anasenko (piano, Rusiya), Anastasiya Barun (soprano, Rusiya) çıxış ediblər.