Xalq artisti Mənsum İbrahimov “Zaurla Günaydın” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, muğam ifaçısı efirə oğlu İbrahim və nəvəsi Dənizlə gəlib. O bildirib ki, Dəniz qızı Ayselin övladıdır:
“Üç qızım, bir oğlum var. Ən balaca övladım İbrahimdir. İdmanla məşğul olur. Dəniz böyük nəvəmdir. Valideynləri Azərbaycanın Macarıstandakı səfirliyində çalışır. 3 yaşından təyyarələrdə böyüyüb”.