Amerikalı gənc aktrisa Bella Thore bu dəfə də açıq-saçıq paylaşımı ilə diqqət çəkməyi bacarıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 20 yaşlı aktrisa "Filthy Fangs" adı verdiyi alt paltarları markası üçün kamera qarşısına keçib.
Bella cəsur pozlarını, xüsusilə əynindəki ağ köynəyi çıxartdığı anını İnstaqramda 17 milyonluq izləyiciləri ilə bölüşüb.
Thorenin şəkilləri qısa zamanda minlərlə "like" toplayıb.
Qeyd edək ki, gənc aktrisa sonuncu dəfə dünya şöhrətli aktyor Arnold Şvartsneqqerin oğlu Patrik Şvartsneqqerlə "Midnight Sun" ekran işinə çəkilib.