Kənan M.M. qala gecə keçirdi - Fotolar

Kənan M.M. qala gecə keçirdi -  Fotolar
2558 dəfə oxunub
  • A-
  • A
  • A+

Rejissor Kənan M.M.-in “De sən öl” filminin təqdimat mərasimi olub.

Axşam.az-ın məlumatına görə, qala gecədə incəsənət adamları, ekran işinin yaradıcı heyəti qonaq olublar.

Filmdə aktyorlar Cavidan Novruz, Rəsul Abbasov, Rəhimə rol alıblar. Komediya janrında olan filmdə Kənanın oğlu Hüseyn də rol alıb.

Yeni işindən danışan Kənan filmin çox seviləcəyinə əmindir:

“Rəhimədən başqa hamı ilə əvvəldən münasibətimiz var idi. Hər zaman istəyirdim ki, maraqlı komediya olsun və tamaşaçı, sosial şəbəkə tərəfindən qəbul edilsin. Bizdə iki cür komediya var: gündəm və tarix üçün. Düşünürəm ki, mənim komediyam tarix üçün yazıldı. Ssenarini yazanda Cavidanın obrazı yox idi, sonradan yarandı.

Ssenarimiz 2 aya yazıldı. Rəhiməni isə Cavidanın istəyi ilə dəvət etdik. Firəngiz Mütəllimovanın tələbəsidir. Çəkilişlər Bakıda, soyuq havada oldu”.

Daha sonra qonaqlar "De sən öl"ü izləyiblər.

Foto: Pəri ARİFQIZI