Bakıda #NOVRUZNORULES adlı xeyriyyə sərgisinin bağlanışı olub.
Axşam.az-ın məlumatına görə, sərgidə 25 rəssam öz əl işini nümayiş etdirib. Əsərlər yumurta formasında olan fiqurların üstünə çəkilib. Bayram yumurtalarının hər biri 1,5 metr hündürlüyündə olub.
Rəsm əsəri ilə bəzədilmiş yumurtalar satışa çıxarılıb. Onların qiyməti 3500 manat olub. Buradan əldə edilən gəlir xeyriyyə məqsədilə istifadə olunacaq.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, “Nargiz” nəşriyyat evinin rəhbəri Ülviyyə Mahmudova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevin oğlu Murad Qulubəyli iştirak ediblər. Sərgidə onların da əl işləri nümayiş olunub.
Sərgi iştirakçılarına “Həyat” fondu tərəfindən diplomlar hədiyyə edilib.
Foto: Ramin ASLANOV