"Bu sonu gözləyirdik" - Fəxrəddin Manafov kövrəldi

"Bu sonu gözləyirdik" -  Fəxrəddin Manafov kövrəldi
6278 dəfə oxunub
  • A-
  • A
  • A+

"Fuad Poladovun vəfat etməsi xalqımız, həmkarları üçün çətindir. Biz onun vəziyyətinin ağır olduğunu bilirdik. Bu sonu gözləyirdik".

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Fəxrəddin Manafov mərhum aktyor Fuad Poladovla bağlı fikirlərini bölüşərkən deyib.

Media nümayəndələrinin suallarını cavablandıran aktyor göz yaşlarını saxlaya bilməyib:

"Bu haqda danışmaq mənə çətindir. İnsan qəribə məxluqdur, gözləyə-gözləyə düşünür ki, son olmayacaq. Hər zaman Fuad Poladovu özümə örnək götürürdüm. Bunu görəndə hər dəfə ona da deyirdim. Ruhu şad olsun. Bu sənətdə onun kimi sənətə nizam-intizamla, sevgi ilə yanaşan başqa bir sənətkar görməmişdim. Hamı onu çox istəyridi”.