Xəbər verdiyimiz kimi, Nyu-Yorkda dünyanın ən dəbli və bahalı gecəsi – “Met Gala” keçirilib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, əsasən geyimlərin nümayiş edildiyi tədbirdə məşhurlar bir-birilərindən fərqli obrazlarda göz oxşayıblar.
Gecədə libası ilə seçilənlərdən biri də müğənni Mayli Sayrus olub.
O, dərin sinə və kürək dekolteli qara geyimdə bütün baxışları üzərinə yığımağı bacarıb.