İlham Əliyev və ailəsi Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar

İlham Əliyev və ailəsi Heydər Əliyevin məzarını ziyarət etdi -  Fotolar
1882 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü günüdür.

Axşam.az xəbər verir ki, prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri Fəxri Xiyabana Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla anıblar.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra dövlət başçısı və ailə üzvləri oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoyublar.

Rövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb.