Amerikanın Texas ştatında yaşayan Heyli Frazer adlı qadın son görünüşü ilə hər kəsi təəccübləndirməyi bacarıb.Axşam.az xarici mediaya istinadən xəbər verir ki, bir uşaq anası olan Heyli "Polikistik over sendromu" (yumurtalıqda kistanın olması) xəstəliyindən əziyyət çəkdiyi üçün günü-gündən kökəlirdi.
İkinci uşağa sahib olma istəyi Frazerin 6 dəfə hamiləlik vaxtı övlad itkisinə səbəb olub.
Bundan sonra gənc qadın qarşısına məqsəd qoyub və 135 kiloqram çəkidən mədə kiçiltmə əməliyyatı ilə azad olub.
71 kiloqrama düşən Heyli hətta model kimi də fəaliyyət göstərib. Hazırda hamilə olan Frazer dekabrda ikinci övladını qucağına alacaq.