Məşhur aktrisanın libası 250 saata tikilib - Fotolar

Məşhur aktrisanın libası 250 saata tikilib  - Fotolar
1748 dəfə oxunub
  • A-
  • A
  • A+

“Taxt oyunları” (“Game of Thrones”) serialının aktrisası Emilia Klark bir müddət bundan əvvəl Fransada baş tutan Kann Kino Festivalında “Dior” markalı libası ilə göz qamaşdırmışdı.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin geyim haqda maraqlı fakt ortaya çıxıb.

Məlum olub ki, alt ve üst parçası ayrı-ayrı hazırlanan libas daha sonra “Dior” moda evinin işçiləri tərəfindən əldə tikilib. Paltar haqda ən maraqlı məqam isə odur ki, onun hazırlanmasına 250 saat vaxt sərf olunub.

2018-ci ilin bahar-yay kolleksiyasına daxil edilən geyim aktrisaya özəl hazırlanıb.