“Vogue Arabia” iyun buraxılışında üz qabığına şahzadə Hayfa bint Abdalla Al Saudu qonaq edib.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Səudiyyə Ərəbistanının mərhum kralı Abdallın qızı bunun üçün sükan arxasına keçib. O, fotolardan birində səhrada qırmızı avtomobildə poz verib.
Sözügedən foto müzakirələrə səbəb olub. 30 ilə yaxındır ki, qadınların avtomobil idarə etmələrinə icazə verilmədiyi ölkədə artıq bu qadağanın aradan qaldırıldığı sözügedən şəkillə nümayiş olunub.
Digər şəkillərdə isə Hayfa milli geyimləri olan əbadan istifadə edib.