Bakı Şopinq Festivalı çərçivəsində “Port Baku Mall”un bədii qalereyasında dünyanın ən məşhur interyer dizaynerlərindən olan Kirill İstominin “LivingwithArt” adlı şəxsi sərgisinin açılışı olub.
Axşam.az AzərTac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Kirill İstominin “LivingwithArt” adlı şəxsi sərgisində Leyla Əliyevanın rəsmləri də nümayiş olunub. Onun rəsmləri böyük maraqla qarşılanıb.
L.Əliyevanın əsərləri dünyanın Paris, Berlin, London, Moskva kimi mədəniyyət mərkəzlərindən sayılan şəhərlərdə nümayiş olunub.