110 kiloqram olan qız yeyərək arıqladı - Fotolar

110 kiloqram olan qız yeyərək arıqladı - Fotolar
5818 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ-da yaşayan 24 yaşlı Meri Levelin adlı gənc qız arıqlama hekayəsi ilə İnstaqram fenomeninə çevrilib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, əvvəllər 110 kiloqram olan Meri depresiyaya düşüb.

Hətta universitetini belə yarımçıq qoyan qız evdə oturmağa və çoxlu yemək yeməyə başlayıb.

Pizza, qızartmalar, hamburq və başqa kalorisi çox olan yeməklər yeyəmə üstünlük verən Levelin həyatı idmançı bir oğlanla tanış olduqdan sonra tamamilə dəyişib.

10 aya xeyli çəki atan Meri ideal bədənə sahib olmaqla yanaşı, modelliklə də məşğul olmağa başlayıb. Gənc qız 250 min izləyicisi olan səhifəsində tez-tez fotolarını paylaşaraq kök insanlara məsləhətlər də verib:

"İdman etsəniz, çox yemək yemək şansınız olar. Mən də çoxlu yeməklə fit bədən quruluşuna sahib oldum”.