Xanəndə Elnarə Abdullayeva yeni avtomobili ilə fotoqrafımızın obyektivinə tuş gəlib.
Bu barədə Axşam.az saytına danışan muğam ifaçısı əslində maşını aylar öncə almaq qərarına gəldiyini söyləyib:
“Düzünə qalsa, mənə elə gəlir ki, balacadır, ürəyimə yatmır. Daha öncəki avtomobilim hündür olduğu üçün buna öyrəşə bilmirəm. Sanki mənə bayağı gəlir”.
Ağ rəngə hər zaman üstünlük verdiyini söyləyən xanəndə maşında gəlincik və bu kimi aksesuarları sevmədiyini vurğulayıb:
“Kişisayağı maşınlar xoşlayıram. Ona görə də qadınların istifadə etdiyi aksesuarlarla avtomobilimı bəzəmirəm”.
Maşının nömrəsindən də danışan Elnarə qeyd edib ki, bu seçimi təsadüfi deyil:
“Əvvəlki maşınımın nömrəsi də 808 idi, ona görə eyni seçim üzərində dayandım, ET isə Elnarə Tapdıq qızı mənasını verir”.
Çinarə