Adriana Lima: "Gözəl görünmək üçün xoşbəxt olmaq lazımdır"

Adriana Lima: "Gözəl görünmək üçün xoşbəxt olmaq lazımdır"
4149 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyanın ən arzuolunan qadınları arasında hər zaman ilk sıralarda dayanan məşhur model Adriana Lima müsahibələrinin birində gözəlliyinin sirlərini açıqlayıb.

-Axşam.az bu müsahibəni təqdim edir:

Əvvəlcə gözəllik sirlərinizdən başlayaq. Bu qədər cazibədar olmağınızın səbəbi nədir? Sizi sevənlərə baxımlı görünmələri üçün nə tövsiyə edərdiniz?

-Əlbəttə ki, ilk növbədə gözəlliyimin sirri gendən gəlir, amma bununla yanaşı bol-bol idman etmək, çoxlu su içmək və ən əsası xoşbəxt olmaq da olduqca vacibdir. Körpəmi dünyaya gətirdikdən sonra həyatım tamam dəyişdi, düşünmə tərzim, hərəkətlərim fərqliləşdi. Daha da gözəlləşdim. Dərim indi heyrətamizdir, özümü rahat hiss edirəm.

-Xüsusilə də bu qış aylarında dərinizin belə parlaq və gözəl görünməsinə necə nail olursunuz?

-Hər növ yağları xoşlayıram. Makiyaj edərkən “Shu Uemura” markasının məhsuallarından istifadə edirəm. Losyon və sabundan yararlanmıram. Bir sözlə, işi anamın genetik kodlarına həvalə etmişəm.

-Körpənizi dünyaya gətirdikdən sonra qısa zamanda yenidən ideal bədən formasına qovuşdunuz. Bəlkə oxucularımıza bunun da sirrini açasınız...

 - 6ildir boksla məşğul oluram. Boks ən sevdiyim məşğuliyyətlərdən biridir. Hətta televiziyada da veriləndə məmnuniyyətlə izləyirəm. Bu idmanı həddindən artıq çox sevirəm. Belə gözəl və mükəmməl olmağımı da elə boksa borcluyam.

-Sosial media ilə aranız necədir? İzlədiyiniz bloqlar və yaxud saytlar varmı?

-İnternetlə aram heç yaxşı deyil. Yalnız “Twitter” və “Facebook”dan istifadə edirəm. Bunları hesaba almasam, demək olar ki, internətdə vaxt keçirmirəm. Ona görə izlədiyim hər hansı bloq və ya sayt yoxdur.

Çinarə