Uzun müddətdir dostluq edən əməkdar artist Naina İbrahimova və prodüser Zöhrab Ağayev yollarını ayırıb.
Bu haqda ilk dəfə Axşam.az saytına danışan Zöhrab ayrılığa səbəb kimi son vaxtlar mətbuatda Naina İbrahimovanın da yer aldığı fotoların yayılmasını göstərib:
“Bu söz-söhbətlərdən yoruldum. Ona görə də Nainaya birlikdə işləmək istəmədiyimi söylədim. Mayk Ceksonla bağlı layihə isə artıq məni maraqlandırmır. Bundan sonra özü bildiyi kimi tək işləsin”.
Prodüser bu günlərdə çox məşhur bir müğənnidən iş təklifi aldığını da deyib:
“Həmin müğənni onun prodüseri olmağımı istəyib. Bu barədə qərar verdikdən sonra açıqlayacağam. Müğənninin adı hamını şok edəcək”.