Çəkiliş zamanı ayağını sındırdı - Fotolar

Çəkiliş zamanı ayağını sındırdı -  Fotolar
1885 dəfə oxunub
  • A-
  • A
  • A+

Afyonda Sinan Çetinin rejissorluğu ilə lentə alınan "İstasyon" filminin çəkilişi zamanı aktyor Cem Özerin sağ ayağı iki yerindən qırılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, çəkiliş məkanındakı quyuya yıxılan aktyor qəfildən qışqırmağa başlayıb. Hadisə yerinə təcili tibbi yardım çağrılıb.

Xəstəxanaya aparılan Cemin ayağının iki yerdən qırıldığı öyrənilib. Aktyor hazırda həkim nəzarətində saxlanılır.

"Film çəkilişi zamanı yıxılma-qalxma səhnələrinin olduğu kadrlar çəkilirdi. Fikirləşmədən tullandım. Özüm etdim. Bu hadisə çəkilişlərə mane olmayacaq. Geri qayıtmayacam, davam edəcəm" deyə, Cem açıqlama verib.