"O səs Türkiyə"də münsif kürsüsündə oturan müğənni Hadisə proqrama geyindiyi paltarı İnstaqram hesabında izləyicilərlə bölüşüb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisənin ayaqqabıları sosial şəbəkə istifadəçiləri tərəfindən lağa qoyulub. Buna səbəb isə ifaçının ayağına çox böyük ölçüdə olan ayaqqabılarla ciddi pozlar veməsi olub.
Hadisənin şəkillərini görənlər altdan "Ayaqqabının ölçüsü 3 dəfə böyükdür", "Gələn il də geyinərsən" kimi məzəli şərhlər yazıblar.