Əlikram yeni klipini təqdim etdi

Əlikram yeni klipini təqdim etdi
713 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Əlikram Bayramov yeni mahnısını və klipini təqdim edib.

Axşam.az xəbər verir ki, sözləri Hüseyn Arifə, musiqisi mərhum bəstəkar Tahir Əkbərə aid olan bəstə “Bu dünyanı sevək” adlanır. Rejissor Natiq Novruzovun ərsəyə gətirdiyi ekran işi Beynəlxalq Mətbuat Mərkəzində media nümayəndələrinə təqdim olunub.

Yeniliyi haqda danışan ifaçı bunları deyib:

“Bəstə təbiət mövzusundadır və bütün dünyanı təbiəti qorumağa çalışır. Mahnı illər öncə mənə təqdim olunanda da bəstəkar “Biz təbiəti itiririk” sözlərini demişdi”.

Mərhum bəstəkar Tahir Əkbərin həyat yoldaşı da təqdimatda iştirak edib. O, mahnının illər öncə yazıldığını bildirib:

“Tahir müəllim öz sözünü 3 notla deyə bilən bəstəkarlardan idi. Bu əsərin 15, ya 18 illik ömrü var. Çünki bu mahnı Əlikram bəyə təqdim olunanda qızımız çox balaca idi. Həmin vaxt ona 4 mahnı verilmişdi. Tahir bəyin çox gözəl duyumu var idi. Buna görə də o, Əlikram bəyə inandı”.