Şeron Stounun stilisti Aygün Kazımovanın imicini dəyişdi

Şeron Stounun stilisti Aygün Kazımovanın imicini dəyişdi
2920 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Aygün Kazımova məşhur Hollivud ulduzu Şeron Stounun stilisti ilə çalışıb.

Axşam.az-ın məlumatına görə, müğənni bu haqda “Atv” telekanalında yayımlanan “Onlar” verilişinə açıqlamasında deyib:

“Kosmetika firmalarından birinin reklam siması seçilmişəm. Burada geyindiyim libas, makiyaj tam fərqli alınıb. Məşhur aktrisa Şeron Stounun stilisti ilə çalışdıq. Paltar isə bütün güllərlə bəzədilib. Rejissor Aqil M.Quliyevin lenə aldığı reklamın üzərində peşəkarlar çalışır”.

 Qeyd edək ki, Aygün Kazımovadan əvvəl bu kosmetik firmanın siması müğənni Röya olub.