İngiltərə televiziya ulduzu, modelyer Zaralena Cekson qeyri-adi görünüşü ilə adından söz etdirib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Zaralena ötən gecə Londondakı klublardan birindən çıxarkən görüntülənib.
Ağ rəngli alt paltarında və idman ayaqqabısında olan Cekson başına fata taxaraq “Halloween” bayramı münasibəti ilə gəlinlik obrazı yaradıb. Onun şəkilləri sosial mediada paylaşılıb. İzləyicilər fotoların altına "Hələ belə gəlin görməmişdik" kimi şərhlər yazıblar.
Qeyd edək ki, 143 minlik İnstaqram səhifəsi olan Zaralena tez-tez cəsarətli şəkilləri ilə gündəm olmağı bacarır.