Səhnəyə kişi obrazında çıxan Rita Oranı heç kim tanımadı - Fotolar
Dünya
00:50 / 30.10.18
1042dəfə oxunub
A-
A
A+
İngiltərəli müğənni Rita Ora Londonda konsert verib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, hər zaman səhnəyə seksual geyimlərdə çıxan ifaçı bu dəfə fərqli görkəmi ilə izləyicilərini təəccübləndirib.
Belə ki, dünyada cadugərlər bayramı kimi tanınan "Helloween"a görə Rita səhnəyə "Rockstar" mahnısı ilə məşhurlaşan müğənni Post Malonun obrazında çıxıb.
Oranı görən tamaşaçılar ilk öncə onu tanımasalar da, sonradan sənətçi mikrafonu əlinə götürərək "Səsiniz gəlsin" deyib və hər kəs onun Rita olduğunu başa düşüb.