Müğənni Berkay Şahin futbolçu Arda Turanla davasından sonra ilk dəfə görüntülənib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı dostları ilə futbol oynayıb. Onun üzündəki maska isə diqqətdən qaçmayıb.
Burnu və üzü tam sağalmayan müğənni Arda ilə bağlı suallara cavab verməyib. Berkay məhkəmənin 30 yanvarda baş tutacağını vurğulayıb.
Qeyd edək ki, sənətçi və futbolçu arasında düşən zamanı Turan onun burnunu sındırmışdı.